Azərbaycanda yerli turizm marşrutların hazirlanması istiqamətləri.

Azərbaycanda yerli turlar mövcud turist marşrutlarının daxilində həyata  keçirilir. Hazırda yerli turist marşrutları Şəki-Zaqatala, Quba-Xacmaz, Lənkəran, Gəncə-Qazax bölgələrində təşkil olunur. Bu turların əsas istiqaməti təbiət turlarından ibarət olur.Şəki-Zaqataladakı yerli turlara aiddir:
Birinci istiqamət: Şəki-Kiş-Marxal-Xan yaylağı. Qeyd olunan marşrutda bir süni göl, kiçik şəlalə, ekzotik meşə landşafı və Xan yaylağında ətraf mühiti müşahidə etmək üçün foto safari təşkil etmək olar. Kiş kəndi Şəki rayonun özünəməxsus tarixi və adət ənənələri ilə seçilir. Kiş Kəndi qədim yaşayış mərkəzlərindən biridir. Şəki rayonu mərkəzindən 6 km şimalda Kiş çayı sahilində, dağ ətəyində yerləşir. 7000 nəfər əhalisi olan kənd turizm üçün çox əlverişlidir. Qafqaz Albaniyasına aid abidələrindən biri, UNESCO-nun dünya əhəmiyyətli abidələr siyahısında göstərilən Kiş Alban məbədidir. Kiş kəndində, muzey, milli irs nümunələrinin, qədim qala qalıqlarının olması ekskursiya imkanların artırmış olur.
İkinci istiqamət: Şəki-İncə-Köndələn-Baş Göynük-Baş layısqı-Şin. Bu istiqamətdə olan ekiolji tur Şəki turizm informasiya mərkəzi tərəfindən rayona gələn turistlərə təklif olunur. İncə kəndinin ətrafında ekzotik landşaft, yerli əhəmiyyətli memarlıq abidəsi vardır.
Üçünçü istiqamət: Şəki-Biçənək-Qax-İlisu-Sarıbaş. Bu istiqamət turistləri ən çox cəlb edən mərkəzlərdən sayılır. Zəngin təbiəti və ekzotik landşaftı ilə seçilir. Bu marşrut istiqamətində 20 dən çox təbiət abidəsi, iki böyük və bir neçə kiçik şəlalələr, geoloji və geomorfoloji abidələr mövcuddur.  Sarıbaş kəndində iki təbiət abidəsi, dərin çay dərələri və meşə landşaftından yuxarı dağ çəmənliklərin bir-birini əvəz etməsi turistləri cəlb edən amillərdən sayılır. İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.
Dördüncü istiqamət: Qax-Qapıçay-Ləkit-Ləkit Kötüklü-Qumbaş dağı. Bu istiqamətdə mövcud olan təbiət abidələrindən ekzotik meşə landşaftı, Qapı çay üzərində Ləkit və digər kiçik şəlalələr, dərin çay dərələri əsas təbii turizm ehtiyatlarından sayılır. Həmçinin ləkit Kötüklü kəndində ekzotik dağ mənzərəsi turistləri daha çox cəlb edir. Marşrutda foto ovçuluq və foto safari üçün əlverişli şərait vardır.
Beşinci istiqamət: Qəbələ-Bum-Qəmərvan-Şahdağ milli parkı. Bu marşrut istirahət, ekolohji tur, kənd turizm, hətta müalicəvi turizm üçün əhəmiyyətli sayılır. Bum kəndi tarixi qədim olan yaşayış məntəqəsi olmaqla yanaşı, 950 m hündürlüyündə meşə landşaftı ilə əhatə olunmuşdur. Kəndin özünəməxsus etnoqrafik irs nümunələri, udinlərə məxsus adət-ənənələr turistləri cəlb edən amillərdən sayılır. Qəmərvan kəndi 1234 m hündürlükdə Qafqaz dağlarının ətəyində ekzotik landşaftı ilə seçilən ərazilərdəndir.
Quba rayonunda Afurca, Qrız, Xınalıq, Qonaqkənd istiqamətində yerli turist marşrutları fəaliyyət göstərir.
Turlaruzreoptimallasdirmaaparilmasixususiyetleri
optimallaşdırma
         Tələbata görə
         Sifarişə görə
         Maliyyə imkanına   görə
Turoperatorun iş fəaliyyətinin elə bir mərhələsi var ki, həmin mərhələnin sonunda konkret olmayan tur-layihədən tur məhsulun özü formalaşır. Belə ki, bu turun planlaşdırılması mərhələsidir və bu mərhələnin sonunda tur məhsul formalaşır. Həmin tur məhsul aşağıdakı tələblərə cavab verməlidir:
■  Qüvvədə olmaq (bu zaman tur paket turun müəyyən məqsədlərinə cavab verir: istirahət, istirahət + müalicə, və s.);
■  Etibarlılıq və təhlükəsizlik (Tur elə hazırlanmalıdır ki, turistlərin yatması, istirahəti, qidalanması, fiziki güclərinin bərpası üçün vaxt olsun, onun realizasiyası zamanı turistlərin həyatı üçün heç bir təhlükə yaranmasın və onların əmlakına zərər dəyməsin);
■  Bütövlük (tur-paket elə hazırlanmalıdır ki, onun realizasiyası prosesində turist xidmətlərinin göstərilməsi zamanı heç bir problem yaranmasın);
■  İstifadə rahatlığı (planlaşdırılan turun aydınlığı və onun haqqında maksimum informasiyanın olması, onun realizasiyasında çətinliyin yaranmaması);
■  Turun tərkibinin dəyişdirilməsi imkanı (Tur-paketin tərkibinin dəyişdirilməsi imkanı (otellərin siyahısı, təklif olunan ekskursiyaların keyfiyyəti və siyahısı, qidalanma və əlavə xidmətlər ) nə qədər böyükdürsə onda onun bazarda mövcud olma dövrü də bir o qədər çox olar );
■  Cəlbedicilik (tur müəyyən istifadəçi qrupunun – fokus qrupların tələblərinə cavab verməlidir ).
Tur planlaşdırmanın məqsədlərinə əsaslanaraq onun aşağıdakı mərhələlərini göstərmək olar:
■Planlaşdırılan turun hazırlanması zamanı turoperatorun iş sxeminin müəyyənləşdirilməsi;
■Tur-paketə daxil olan turist xidmətləri təşkilatçılarının identifikasiyası və turun müqaviləsinin qeydiyyatı;
■Bazarda turun qiymətinin və turist xidməti təşkilatçılarının qiymət təklifinin  formalaşması.

Yorumlar

  1. Salam Esqin Bey Melumatlar yaxsidi . Yeni melumatlar gozleyirem

    YanıtlaSil
    Yanıtlar
    1. Salam Cox sag olun . Yeni melumatlarda olacaq

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Turizm Haqqında