Azərbaycanda yerli turizm marşrutların hazirlanması istiqamətləri.
Azərbaycanda yerli turlar mövcud turist marşrutlarının daxilində həyata keçirilir. Hazırda yerli turist marşrutları Şəki-Zaqatala,
Quba-Xacmaz, Lənkəran, Gəncə-Qazax bölgələrində təşkil olunur. Bu turların əsas istiqaməti təbiət turlarından ibarət olur.Şəki-Zaqataladakı yerli turlara aiddir:
Birinci istiqamət: Şəki-Kiş-Marxal-Xan yaylağı. Qeyd olunan marşrutda bir süni göl,
kiçik şəlalə, ekzotik meşə landşafı və Xan yaylağında ətraf mühiti müşahidə
etmək üçün foto safari təşkil etmək olar. Kiş kəndi Şəki rayonun özünəməxsus
tarixi və adət ənənələri ilə seçilir. Kiş Kəndi qədim yaşayış mərkəzlərindən
biridir. Şəki rayonu mərkəzindən 6 km şimalda Kiş çayı sahilində, dağ ətəyində
yerləşir. 7000 nəfər əhalisi olan kənd turizm üçün çox əlverişlidir. Qafqaz
Albaniyasına aid abidələrindən biri, UNESCO-nun dünya əhəmiyyətli abidələr
siyahısında göstərilən Kiş Alban məbədidir. Kiş kəndində, muzey, milli irs
nümunələrinin, qədim qala qalıqlarının olması ekskursiya imkanların artırmış
olur.
İkinci istiqamət: Şəki-İncə-Köndələn-Baş Göynük-Baş
layısqı-Şin. Bu istiqamətdə olan ekiolji tur Şəki turizm informasiya mərkəzi
tərəfindən rayona gələn turistlərə təklif olunur. İncə kəndinin ətrafında
ekzotik landşaft, yerli əhəmiyyətli memarlıq abidəsi vardır.
Üçünçü istiqamət: Şəki-Biçənək-Qax-İlisu-Sarıbaş. Bu istiqamət turistləri ən çox cəlb
edən mərkəzlərdən sayılır. Zəngin təbiəti və ekzotik landşaftı ilə seçilir. Bu
marşrut istiqamətində 20 dən çox təbiət abidəsi, iki böyük və bir neçə kiçik
şəlalələr, geoloji və geomorfoloji abidələr mövcuddur. Sarıbaş kəndində iki təbiət abidəsi, dərin çay dərələri və meşə
landşaftından yuxarı dağ çəmənliklərin bir-birini əvəz etməsi turistləri cəlb
edən amillərdən sayılır. İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz
səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş
mənzərəli bir yerdə yerləşir.
Dördüncü istiqamət: Qax-Qapıçay-Ləkit-Ləkit Kötüklü-Qumbaş dağı. Bu istiqamətdə mövcud
olan təbiət abidələrindən ekzotik meşə landşaftı, Qapı çay üzərində Ləkit və
digər kiçik şəlalələr, dərin çay dərələri əsas təbii turizm ehtiyatlarından
sayılır. Həmçinin ləkit Kötüklü kəndində ekzotik dağ mənzərəsi turistləri daha
çox cəlb edir. Marşrutda foto ovçuluq və foto safari üçün əlverişli şərait
vardır.
Beşinci istiqamət: Qəbələ-Bum-Qəmərvan-Şahdağ milli parkı. Bu marşrut istirahət,
ekolohji tur, kənd turizm, hətta müalicəvi turizm üçün əhəmiyyətli sayılır. Bum
kəndi tarixi qədim olan yaşayış məntəqəsi olmaqla yanaşı, 950 m hündürlüyündə
meşə landşaftı ilə əhatə olunmuşdur. Kəndin özünəməxsus etnoqrafik irs
nümunələri, udinlərə məxsus adət-ənənələr turistləri cəlb edən amillərdən
sayılır. Qəmərvan kəndi 1234 m hündürlükdə Qafqaz dağlarının ətəyində ekzotik
landşaftı ilə seçilən ərazilərdəndir.
Quba rayonunda Afurca, Qrız, Xınalıq, Qonaqkənd
istiqamətində yerli turist marşrutları fəaliyyət göstərir.
Turlaruzreoptimallasdirmaaparilmasixususiyetleri
optimallaşdırma
•
Tələbata görə
•
Sifarişə görə
•
Maliyyə imkanına görə
Turoperatorun iş fəaliyyətinin elə bir mərhələsi
var ki, həmin mərhələnin sonunda konkret olmayan tur-layihədən tur məhsulun özü
formalaşır. Belə ki, bu turun planlaşdırılması mərhələsidir və bu mərhələnin
sonunda tur məhsul formalaşır. Həmin tur məhsul aşağıdakı tələblərə cavab verməlidir:
■ Qüvvədə
olmaq (bu zaman tur paket turun müəyyən məqsədlərinə cavab verir: istirahət,
istirahət + müalicə, və s.);
■
Etibarlılıq və təhlükəsizlik (Tur elə hazırlanmalıdır ki, turistlərin
yatması, istirahəti, qidalanması, fiziki güclərinin bərpası üçün vaxt olsun,
onun realizasiyası zamanı turistlərin həyatı üçün heç bir təhlükə yaranmasın və
onların əmlakına zərər dəyməsin);
■ Bütövlük
(tur-paket elə hazırlanmalıdır ki, onun realizasiyası prosesində turist xidmətlərinin
göstərilməsi zamanı heç bir problem yaranmasın);
■ İstifadə
rahatlığı (planlaşdırılan turun aydınlığı və onun haqqında maksimum
informasiyanın olması, onun realizasiyasında çətinliyin yaranmaması);
■ Turun tərkibinin
dəyişdirilməsi imkanı (Tur-paketin tərkibinin dəyişdirilməsi imkanı (otellərin
siyahısı, təklif olunan ekskursiyaların keyfiyyəti və siyahısı, qidalanma və əlavə
xidmətlər ) nə qədər böyükdürsə onda onun bazarda mövcud olma dövrü də bir o qədər
çox olar );
■ Cəlbedicilik
(tur müəyyən istifadəçi qrupunun – fokus qrupların tələblərinə cavab verməlidir
).
Tur planlaşdırmanın məqsədlərinə əsaslanaraq onun
aşağıdakı mərhələlərini göstərmək olar:
■Planlaşdırılan turun hazırlanması zamanı
turoperatorun iş sxeminin müəyyənləşdirilməsi;
■Tur-paketə daxil olan turist xidmətləri təşkilatçılarının
identifikasiyası və turun müqaviləsinin qeydiyyatı;
■Bazarda turun qiymətinin və turist xidməti təşkilatçılarının
qiymət təklifinin formalaşması.
Salam Esqin Bey Melumatlar yaxsidi . Yeni melumatlar gozleyirem
YanıtlaSilSalam Cox sag olun . Yeni melumatlarda olacaq
Sil