Kayıtlar

2018 tarihine ait yayınlar gösteriliyor

Turizm Haqqında

Turizm   (fransız sözü olub,  gəzinti, səfər  deməkdir) — fəal  istirahətin  geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə  insan   səyahət  həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20-25  ild ə insanlarin vərdiş etdikləri həyati təlabatdır. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, özünü  işd ə və  ailəd ə insanların artmaqda olan hərəkətsizliyində, artıq  qidan ın qəbulunda, psixo-emosional gərginliyin artmasinda göstərir. Yaxın keçmişdə mükəmməl istirahətin  etalonu , əsasən,  dənizə  səyahət ,  sanatoriya ,  kurort  və  istirahət evlərində  dincəlmək sayılırdı.  Günəş ,  hava  və  su  sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ...

Azərbaycanda yerli turizm marşrutların hazirlanması istiqamətləri.

Azərbaycanda yerli turlar mövcud turist marşrutlarının daxilində həyata  keçirilir. Hazırda yerli turist marşrutları Şəki-Zaqatala, Quba-Xacmaz, Lənkəran, Gəncə-Qazax bölgələrində təşkil olunur. Bu turların əsas istiqaməti təbiət turlarından ibarət olur.Şəki-Zaqataladakı yerli turlara aiddir: Birinci istiqamət: Şəki-Kiş-Marxal-Xan yaylağı . Qeyd olunan marşrutda bir süni göl, kiçik şəlalə, ekzotik meşə landşafı və Xan yaylağında ətraf mühiti müşahidə etmək üçün foto safari təşkil etmək olar. Kiş kəndi Şəki rayonun özünəməxsus tarixi və adət ənənələri ilə seçilir. Kiş Kəndi qədim yaşayış mərkəzlərindən biridir. Şəki rayonu mərkəzindən 6 km şimalda Kiş çayı sahilində, dağ ətəyində yerləşir. 7000 nəfər əhalisi olan kənd turizm üçün çox əlverişlidir. Qafqaz Albaniyasına aid abidələrindən biri, UNESCO-nun dünya əhəmiyyətli abidələr siyahısında göstərilən Kiş Alban məbədidir. Kiş kəndində, muzey, milli irs nümunələrinin, qədim qala qalıqlarının olması ekskursiya imkanların artırmış ...